Azərbaycan və İran arasında 11 saziş imzalanıb

23-02-2016, 16:02
Oxunub: 616
İlham Əliyevin iştirakı ilə iki ölkənin yüksək vəzifəli rəsmi şəxsləri tərəfindən imzalanıb


Azərbaycan və İran arasında 11 saziş və anlaşma memorandumu imzalanıb.

Report-un İran prezidentinin saytına istinadən verdiyi məlumata görə, sənədlər İran prezidenti Həsən Ruhani və Tehranda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iki ölkənin yüksək vəzifəli rəsmi şəxsləri tərəfindən imzalanıb.

İmzalanmış sazişlər arasında fövqəladə hallar, gömrük, baytarlıq, dəmir yolu üzrə əməkdaşlığı, Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu körpüsünün tikintisi sahəsində əməkdaşlıq, həmçinin qadınlar və uşaqlar, səhiyyə və tibb, məşğulluq və sosial xidmətlər, neft və qaz məsələləri üzrə əməkdaşlıq sahələri var.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti