İdarə arxivlərinin iş qaydaları ilə bağlı layihə hazırlanıb

23-02-2016, 14:07
Oxunub: 514
Layihə aidiyyəti qurumların, idarə, müəssisə və təşkilatların açıq ictimai müzakirəsinə təqdim olunub


Milli Arxiv İdarəsində “İdarə arxivlərinin əsas iş qaydaları”nın yeni redaksiyada layihəsi hazırlanaraq aidiyyəti qurumların ictimai müzakirəsinə təqdim edilib. 

Bu barədə Report-a İdarədən məlumat verilib.

Məlumata görə, təqdim olunan bu Qaydalar dövlət orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkili, arxiv fondu sənədlərinin formalaşdırılması, dəyərinin ekspertizası, mühafizəsi, uçotu, elmi-məlumat aparatının yaradılması, istifadəsi, dövlət mühafizəsinə vermək üçün hazırlanması və təhvil verilməsinin normativ əsaslarını müəyyən edir. Layihə aidiyyəti qurumların, idarə, müəssisə və təşkilatların açıq ictimai müzakirəsinə təqdim olunub. "İdarə arxivlərinin əsas iş qaydaları"nın layihəsi İdarənin rəsmi saytında yerləşdirilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti