Bakının iki qəsəbəsi qazsız qalacaq

22-02-2016, 19:51
Oxunub: 185
Bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.


Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Etatist.com SOCAR-ın saytına istinadən məlumat verir ki, fevralın 23-də saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Semzavod” və “Səngəçal” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Sahil və Səngəçal qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti