Ötən il Azərbaycanda ölümə ən çox səbəb olan xəstəliklərin adları açıqlandı

22-02-2016, 16:47
Oxunub: 440
4,7 min ölüm halının ümumi sayına nisbətən qan dövranı sisteminin xəstəliklərindən ölənlər 60,2 faiz təşkil edib.


Ötən il Azərbaycanda ən çox hansı xəstəliklərin ölümə səbəb olduğu məlum olub.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, keçən il ölkədə qeydə alınan 54,7 min ölüm halının ümumi sayına nisbətən qan dövranı sisteminin xəstəliklərindən ölənlər 60,2 faiz təşkil edib.

Bundan başqa, yenitörəmələr 13,3, həzm sisteminin xəstəlikləri 5,2, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri 4,6, tənəffüs orqanlarının xəstəlikləri 3,2, infeksion və parazitar xəstəliklər 1, digər səbəblər isə 12,5 faiz ölümə səbəb olub.

Xatırladaq ki, 2014-cü illə müqayisədə keçən il əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti