Sabaha gözlənilən hava proqnozu açıqlanıb

22-02-2016, 12:45
Oxunub: 194
Qərq küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Fevralın 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, gecəyə doğru az yağış yağacağı ehtimalı var. Gecə və səhər arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 7-10 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq.

Fevralın 23-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Qərq küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti