Yaponiyada 5,6 bal gücündə zəlzələ baş verib

22-02-2016, 11:28
Oxunub: 504
Yeraltı təkanların ocağı 30 km dərinlikdə qeydə alınıb


Yaponiyada 5,6 bal gücündə zəlzələ baş verib.

Report "TASS" agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri İvodzima adasından 329 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 30 km dərinlikdə qeydə alınıb.

Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib. Sunami xəbərdarlığı elan olunmayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti