Ramin Hacılı Avropada nümayəndəlik yaradır

20-02-2016, 12:48
Oxunub: 325
“Diqqət Azərbaycana!” kampaniyasına start verildi


Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Fransa və Almaniyada işgüzar səfərdə olub.

Etatist.com-a daxil olan məlumata görə, 8-9 fevral tarixində hərəkat rəhbəri Fransa Avropa Hərəkatının Baş Katibi xanım Dominika Rutkovska-Falorni, Avropa Parlamentinin Fransa bürosunun İctimai Ələqələr üzrə rəhbəri xanım Katarziyna İskra və İnformasiya Şöbəsinin rəhbəri xanım Besma Maqrebi-Mansori, Fransa Xarici İşlər Nazirliyinin Qafqaz və Orta Asiya şöbəsinin direktoru François Delehouss və şöbənin baş məsləhətçisi Konstantin Prevelaksla görüşlər keçirib.

Görüşlər zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Avropa Hərəkatının fəaliyyəti, “Diqqət Azərbaycana!” layihəsi çərçivəsində əməkdaşlıq müzakirə olunub. Qərara alınıb ki, Fransa mətbuatında Azərbaycana dəstək xarakterli yazıların yayımlanması, Avropa Parlamentinin fransız deputatlarla əlaqələrin gücləndirilməsi və layihələrə cəlb olunması istiqamətində işlər aparılsın.

Fransa Avropa Hərəkatının baş ofisində gerçəkləşən görüş zamanı səfərin gündəliyi, “Diqqət Azərbaycana!” layihəsi ətrafında əməkdaşlıq, Amsterdamda baş tutacaq Beynəlxalq Avropa Hərəkatının Baş Assambleyası qarşısında Azərbaycana dəstək üçün hərəkət planı ətrafında geniş müzakirə aparılıb. Həmçinin Fransanın əsas media orqanları olan “Le Monde", “L'HUMANITÉ”, “LIBÉRATION” ilə əməkdaşlıq sahəsində ilkin razılıq əldə olunub. Avropa səfərini davam etdirən Ramin Hacılı nəzərdə tutulan növbəti görüşlər üçün 10-11 fevral tarixində Almaniyada olub. Almaniya səfəri zamanı R. Hacılı Azərbaycan Avropa Hərəkatının Avropa təmsilçiliyinin yaradılması üçün işçi qrup yaradıb. Avropada yaşayan azərbaycanlılardan ibarət işçi qrupu yaxın zamanlarda hərəkatın nümayəndəliyini təsis etmək və rəsmi qeydiyyatı üçün fəliyyət göstərməyi qarşıya məqsəd qoyub. Nümayəndəliyin əsas məqsədi “Diqqət Azərbaycana!” layihəsi çərçivəsində Avropa cəmiyyətində təbliğat işini qurmaq, azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiya olunmasına yardım etmək və Azərbaycan Avropa Hərəkatı adından fəaliyyətlər göstərməkdən ibarətdir.

Sonda qeyd edək ki, “Diqqət Azərbaycana!” layihəsi Qərb mətbuatında və ictimai fikirində Azərbaycanla bağlı fikirləri yaymaqdır. Son zamanlar aparılan anti-Azərbaycan təbliğatı fonunda həqiqətlərin yayılması layihənin əsas məqsədidir.
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti