Azərbaycan öz gəmilərini yeni raket qurğuları ilə təchiz edib

19-02-2016, 14:38
Oxunub: 517
"Şəxsi üzmə vasitələri qeydiyyatdan keçirilib”.


“Xəzər dənizinin Azərbaycana məxsus hissəsində mümkün təhdidlərə, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, döyüş imkanlarının artırılması istiqamətində gəmilərdə yeni artilleriya və zenit raket qurğuları quraşdırılıb”.

APA-nın xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin rəisi, general-mayor Əfqan Nağıyev deyib.

O bildirib ki, son illər Azərbaycanın dəniz sərhədlərinin mühafizəsində böyük inkişafa nail olunub: “Son illərdə dəniz sərhədlərinin daha müasir şəkildə mühafizəsi üçün böyük işlər görülür. Dövlət Sərhəd Xidmətinin rəisinin müvafiq əmri ilə dəniz sərhəd zastavaları, limanlar Sahil Mühafizəsinin tabeliyinə verilib. Şəxsi üzmə vasitələri qeydiyyatdan keçirilib”.

Ə. Nağıyev qeyd edib ki, "Günəşli" yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın aradan qaldırılması, habelə itkin düşənlərin axtarışı istiqamətində Sahil Mühafizəsi yaxından iştirak edib: “Yanğının söndürülməsi istiqamətində Sahil Mühafizəsinin 2 gəmisinin artilleriya qurğuları ilə köməklik edilib”. DSX-nın Sahil Mühafizəsinin rəisi əlavə edib ki, ötən il 353 nəfər şəxs dəniz sərhədlərini pozduğuna görə saxlanılıb: “3 halda ölkəmizə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. 4 halda isə dənizdə batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas edilib”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti