İlham Əliyev: "Azərbaycan xalqı türk xalqının yanındadır"

18-02-2016, 13:33
Oxunub: 691
"Bu ağır günlərdə Azərbaycan xalqı hər zaman olduğu kimi, türk xalqının yanındadır"


Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

APA-nın “Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan prezidenti Ankarada baş vermiş terror hücumunda həlak olanlar üçün başsağlığını çatdırıb. “Bu ağır günlərdə Azərbaycan xalqı hər zaman olduğu kimi, türk xalqının yanındadır ”, - deyə dövlət başçısı vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş vermiş faciə ilə əlaqədar Bakıya gələ bilməməsini anlayışla qarşıladıqlarını söyləyən prezident İlham Əliyev mühüm məsələləri əhatə edən və geniş gündəmi olan toplantının yaxın zamanlarda gerçəkləşdiriləcəyini də diqqətə çatdırıb.

M. Çavuşoğlu başsağlığı diləklərinə və dəstəyə görə İlham Əliyevə təşəkkür edib.

Etatist.com qeyd edir ki, ötən gün axşam saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Fevralın 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Rəcəb Tayyib Ərdoğan deyib ki, o, Ankarada baş vermiş terror aktı ilə bağlı Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün fevralın 18-də Bakıya gələ bilməyəcək.

Prezident İlham Əliyev Ankarada törədilmiş terror aktını qətiyyətlə pisləyib, həlak olanların ailə üzvlərinə, Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, faciə qurbanlarına Allahdan rəhmət diləyib.

Prezidentlər Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsinin vaxtını bir qədər sonra müəyyənləşdirmək barədə razılığa gəliblər.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti