Rusiya Ankaradakı terror aktını pislədi - Rəsmi

18-02-2016, 12:57
Oxunub: 625
“Fevral ayının 17-də Ankarada baş verən terror aktı il əlaqədar türk xalqına dərin hüznlə başsağlığı veririk"


Ankarada törədilən terror aktı beynəlxalq terrorizm ilə mübarizədə bütün dövlətlərin birləşməsinin lazım olduğunu göstərir.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bu barədə bu gün Rusiya XİN-i məlumat yayıb.

“Fevral ayının 17-də Ankarada baş verən terror aktı il əlaqədar türk xalqına dərin hüznlə başsağlığı veririk. Həlak olanların yaxınlarına və qohumlarına səbr diləyirik. Bu dəhşətli aksiya zamanı yaralananların tezliklə sağalmasını diləyirik”, - bəyanatda bildirilir.

Nazirlikdə “bu vəhşi cinayətin bəraəti olmadığını” vurğulayıblar: “Onun təşkilatçıları və səbəbkarları bu əmələ görə cavab verməlidirlər. Baş verənlər beynəlxalq terrorizm ilə mübarizədə bütün dövlətlərin birləşməsinin lazım olduğunu göstərir”.

Qeyd edək ki, fevralın 17-də Ankarada törədilən terror nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti