İran nefti ilə dolu ilk tanker Avropaya yola düşüb

15-02-2016, 11:10
Oxunub: 588
İxrac olunacaq neftin ümumi həcmi 4 milyon bereldir.


İran İslam Respublikası sanksiyaların ləğvindən sonra neftlə dolu ilk tankeri Avropaya yola salıb.

Rusiyanın “Lukoil” şirkətinin yüklərinin daşınmasını həyata keçirən "Litasco" şirkətinə məxsus tanker Fars Körfəzindəki Xark adasında yerləşən terminaldan yola çıxıb. 

APA-nın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, yaxın saatlarda Fransa, İspaniya və Çin şirkətlərinə məxsus tankerlərə də neft yüklənərək Avropaya göndəriləcək. İxrac olunacaq neftin ümumi həcmi 4 milyon bereldir.

Qeyd edək ki, İranın vitse-prezidenti Eshaq Canahgiri mart ayına qədər neft ixracının gündə 1, 5 milyon barelə çatıdrılacağını söyləyib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti