Türkiyə ordusu 2 gündə 12 şəhid verib

11-02-2016, 12:26
Oxunub: 822
Srağagün keçirilən əməliyyat zamanı isə Türkiyə Silahlı Qüvvələri 9 hərbçisini itirib


Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı daha üç hərbçi şəhid olub.

APA-nın “Hurriyet”ə istinadən verdiyi məlumata görə, hadisə fevralın 10-da fövqəladə vəziyyətin davam etdiyi Sur rayonunda qeydə alınıb. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından bildirilib ki, terrorçularla atışmada yaralanan üç hərbçi xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, srağagün keçirilən əməliyyat zamanı isə Türkiyə Silahlı Qüvvələri 9 hərbçisini itirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti