"Direktor M.S.Ordubadinin kitabını iki dəfə başıma vurdu" - Aqşin Yenisey (Video/müsahibə)

9-02-2016, 10:37
Oxunub: 1941
"Qadın bəşəriyyətin çəkdiyi əzabların günahkarıdır"


Facebook sosial şəbəkəsindəki "Kitabıstan" səhifəsi gənclərin kitaba olan marağının artırılması və kitabların təbliğatı ilə məşğuldur.

Etatist.com Kitabıstan səhifəsi ilə birgə hazırladığı layihə ilə yazarlar, ictimai fəallardan müsahibə alaraq səhifədə yayımlayır, gəncləri yazarların kitablar haqqındakı fikirləri ilə tanış edir. Burdakı digər məqsəd isə yazarları və ictimai fəalları kitab təbliğatına cəlb etmək və gəncləri onlarla tanış etməkdir.

Bu dəfəki müsahibimiz yazıçı, şair Aqşin Yeniseydir.

Etatist.com Aqşin Yeniseyin müsahibəsini təqdim edir:

- Azərbaycanda kitaba marağı artırmaq üçün müharibə eləmək lazımdırsa, onu da eləmək lazımdır. Kitab uğrunda...

- Kitablara marağın nədən yarandı?
- Konkret deyim ki, hansısa əsəri oxuyandan sonra belə qərara gəldim ki, kitabları oxumaq lazımdır... Yox... Tamamilə intuitiv olub. Sadəcə mən kitabdan aldığım enerjini başqa heç nədən almamışam.

- Kitab oxumaq ehtiyacdır, axtarışdır, yoxsa zövq məsələsi?
- Müəyyən yaş dövrünə qədər bu ehtiyac yox, məcbur ayin olmalıdır. Mən indiki yaşımda düşünürəm ki, insanın həm kitab yazması, həm də oxuması üçün boş vaxtı olmalıdır. Yəni qaçaqaçla zövq almaq mümkün deyil. Mənim üçün indi yazıçıların yazdıqları yox, yaşadıqları maraqlıdır. Mən indi bir az Kafka kimi yaşamaq istəyirəm, bir az Mopassan kimi yaşamaq istəyirəm, bir az Sveyq kimi özümü öldürmək istəyirəm, bir az Markez kimi cəmiyyətdən qaçıb kitabların arasında gizlənmək istəyirəm...

- Kitab oxumaqla yazmaq arasındakı fərq nədir?

Ardı videoda...
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti