Nağd dollar alışı kəskin artıb

8-02-2016, 15:19
Oxunub: 1037
Dekabr ayında bankların xalis dollar satışı 1 208 237 800 dollar təşkil edib


Azərbaycanda nağd xarici valyuta ilə mübadilə əməliyyatlarının həcmi 2015-ci ilin dekabr ayında kəskin artıb.

Report-un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, artım əsasən nağd dollarla mübadilə əməliyyatlarında baş verib. Belə ki, nağd dollar ilə valyuta əməliyyatları dekabrda noyabr ayı ilə müqayisədə 2 dəfədən çox artaraq 1 596 549 400 dollar təşkil edib. 

Hesabat ayında kommersiya banklarının əhalidən aldığı nağd dollar kütləsi noyabrla müqayisədə 6,5% azalaraq 194 200 800 dollar təşkil edib. Əhalinin dollar tələbi isə hesabat ayında aylıq müqayisədə 1,4 dəfə artaraq 1 402 438 600 dollar təşkil edib. Qeyd edək ki, əhalinin dollar tələbi dekabr ayında 2015-ci il ərzində fevral və apreldən sonra ən yüksək 3-cü hesabat ayı olub. İl ərzində dollara maksimal tələb isə fevralda (2 885 467 000 dollar) müşahidə olunub.

Beləliklə, dekabr ayında bankların xalis dollar satışı 1 208 237 800 dollar təşkil edib. Bu, aylıq müqayisədə 2,2 dəfə çoxdur.

Ümumilikdə isə 2015-ci il ərzində kommersiya bankları tərəfindən əhalidən dollar alışı 3 478 205 900 olub. Bu, 2014-cü ilin yekunundan 3% çoxdur. Əhalinin dollara olan tələbatı isə 12 317 396 400 dollar təşkil edib və 2014-cü illə müqayisədə bu, 31,4% artıqdır.

Əhalinin xalis dollar tələbi 2015-ci ilin yekununda 8 839 190 500 dollar təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 47,4% çoxdur.

Ötən il kommersiya bankları tərəfindən həmçinin 245 264 400 avro alınıb ki, bu da 2014-cü ilin yekunu ilə müqayisədə 32,2% azdır. Əhalinin avroya olan tələbatı 2015-ci ildə əvvəlki ilə nisbətən 48,5% azalaraq 1 074 476 900 avro təşkil edib. Avropa valyutasının 2015-ci il ərzində xalis satışı 829 212 500 təşkil edib ki, bu da 2014-cü ilin yekunu ilə müqayisədə 52% azdır.

Keçən il ərzində kommersiya banklarının rubl alışı 2014-cü ilə nisbətən 23,7% azalaraq 9 551 580 200 rubl təşkil edib. Əhalinin rubl ehtiyacı isə hesabat dövründə 2014-cü ilin yekunu ilə müqayisədə 0,9% azalaraq 2 385 745 800 rubl təşkil edib. Bu dövr ərzində kommersiya bankları tərəfindən xalis rubl alışı baş verib və bu, 7 165 834 400 rubl təşkil edib ki, bu da 2014-cü ilə nisbətən 29,1% azdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti