Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

8-02-2016, 15:00
Oxunub: 818
Abşeron yarımadasında və bəzi rayonlarda küləyin sürəti 20-30 m/s-dək güclənib


Fevralın 7-si gündüzdən 8-i səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, fevralın 7-si gündüzdən 8-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağıntılı olub, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib. Abşeron yarımadasında və bəzi rayonlarda küləyin sürəti 20-30 m/s-dək güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Lənkəran-Astara zonasında 2-19, Astarada 30, Böyük Qafqazda 1-15, Mərkəzi Aran rayonlarında 1-21, Naxçıvan MR-da 1-13, Qazax-Gəncə zonasında 5-12, Kiçik Qafqazda 8-12 mm təşkil edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti