Daha bir hərbçimiz öldü

7-03-2013, 10:37
Oxunub: 906


Azərbaycanda hərbçilər ağır yol qəzasına düşüb.

 

 

APA-nın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasında baş verib. Azərbaycan ordusunun kiçik çavuşu, müddətdən artıq hərbi qulluqçusu Abdullayev Turan Nazim oğlunun idarə etdiyi "VAZ 2107” markalı avtomobil, Kəngərli rayonunun Xok kənd sakini Səfərov Bəkir Aydın oğlunun idarə etdiyi "VAZ 2107” ilə toqquşub.

Nəticədə B. Səfərov aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib. T. Abdullayev və digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaralılardan ikisi hərbçidir. İlkin məlumata görə, hadisəyə qarlı hava şəraitində sürücülərin manevr qaydalarına düzgün əməl etməməsi səbəb olub.
Faktla bağlı araşdırmalar aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti