Facebook sosial şəbəkəsindəki "Kitabıstan" səhifəsi gənclərin kitaba olan marağının artırılması və kitabların təbliğatı ilə məşğuldur.
Etatist.comKitabıstan səhifəsi ilə birgə hazırladığı layihə ilə yazarlar, ictimai fəallardan müsahibə alaraq səhifədə yayımlayır, gəncləri yazarların kitablar haqqındakı fikirləri ilə tanış edir. Burdakı digər məqsəd isə yazarları və ictimai fəalları kitab təbliğatına cəlb etmək və gəncləri onlarla tanış etməkdir.
Bu dəfəki müsahibimiz yazıçı, "Qogenin ikinci qadını" kitabının müəllifi Nicat Həşimzadədir.
Etatist.com Nicatə Həşimzadə ilə müsahibəni təqdim edir:
- İlk oxuduğunuz kitab yadınızdadı? - Əlibala Hacızadə “İtkin gəlin”
- Təəssüratınız nə oldu? - İlk başda mənə təsir eləmişdi, amma indi düşünürəm ki, oxumasam da heç nə itirməzdim.
- Əsərləri oxuyanda axtarışlarınız nə olur? - Daha çox öyrənmək istəyirəm, düşünürəm ki, həyat haqqında məlumatlarım azdır. Müasir dünya insanı savadsız olsa heç bir şeyə yaramır, uğursuz bir obraz kimi yadda qalacaq, hətta yadda qalmayıb, onu olacaq.