Azərbaycanlı repçi Ziq Zaq-ın yeni klipi işıq üzü gördü - Video

5-02-2016, 18:22
Oxunub: 3955
"Hələ qabaqda albom var"


Azərbaycanlı repçi Ziq Zaq-ın (Mövlud Cəfərov) gözlənilən "Sən kimi" adlı track-inə çəkdiyi klipi işıq üzü görüb. 

Etatist.com-un məlumatına görə, klipin rejissoru Ələkbər Əliyevdir. Track-in nəqarətini isə Tural Xaos və Gulya ifa edib. Klip barədə Etatist.com-a danışan Ziq Zaq bildirib ki, 2015-ci ilin dekabr ayından klipə hazırlıqlar gedirdi:

"Bir iki rejissorla görüşdük danışdıq, ortaq fikirlərimiz olmadığı üçün alınmadı. Sonra Ələkbər Əliyevlə tanış oldum, fikirlərimiz üst-üstə düşdü, işlədik. Açığı istədiyimdən daha çox keyfiyyət gördüm, işdən zövq aldıq. Mənə işlərini keyfiyyətli görən insanlar daha yaxşı işlər görmək üçün stimul verir. Mənə elə gəlir ki, dinləyiciləri də ən azı təəccübləndirə bildim. 
Hələ qabaqda albom var. Orda da tam keyfiyyətli işlərdir. Çox maraqlı olacaq. Bu işdə məndən çox əziyyəti keçən insanlar var, onları təbrik edirəm, istədiyimiz nəticəni aldıq".

Sözügedən klipi təqdim edirik:


Elvin Mahmudov
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti