AMEA-nın institutları birləşdirildi

4-02-2016, 19:45
Oxunub: 420
Bayram Babayev AMEA-nın Akademiya şəhərciyinin direktoru vəzifəsinə təyin edilib.


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclasda AMEA Biologiya və Tibb Elmləri, Yer Elmləri və Aqrar Elmlər bölmələrinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilib. Hesabat məruzələrində sözügedən bölmələrin həm fundamental elmi tədqiqat işləri, həm də tətbiqi xarakterli elmi-texniki tədqiqatları haqqında məlumat verilib, bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.

Tədbirdə müzakirə olunan növbəti məsələ Akademiyanın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Eroziya və Suvarma İnstitutunun birləşdirilməsi barədə olub. Rəyasət Heyəti adları çəkilən institutların birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adlandırılmasını məqsədəuyğun hesab edib və bu barədə AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edib.

İclasın sonunda kadr məsələlərinə də baxılıb. Rəyasət Heyətinin qərarına əsasən, Bayram Babayev AMEA-nın Akademiya şəhərciyinin direktoru vəzifəsinə təyin edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti