Gənc repçi: "Bir insanın əziyyətini yerə vurmaq düzgün deyil"

3-02-2016, 15:01
Oxunub: 12138
"İlk səsyazmama 2012-də girmişəm"


"Facebook"da rep səhifələri arasında "PazRap" səhifəsi müsahibə və videosorğuları ilə tanınır. Səhifənin məqsədi Azərbaycanda repi daha çox kütləyə tanıtmaq və repçilərə dəstək olmaqdır. Bundan əlavə dinləyicilərin repçiləri daha yaxından tanıması üçün müsahibələr keçirir, dinləyicilərin də suallarını onlara ünvanlayır. Belə ki, səhifənin növbəti müsahibi gənclər arasında tanınan Epidir (Əkbər Novruzlu). Epi çıxardığı treklərlə qısa müddətdə dinləyicilərin sevgisini qazana bilib. Onu həm də batl yarışmasından görənlər bilir ki, aktyorluq qabiliyyəti də var.

Etatist.com həmin müsahibəni təqdim edir:

- Xoş gördük səni, Epi. Birinci özün haqqında məlumat ver, sonra keçək suallara.
- Özüm haqqımda qısaya yaxın məlumat verim. Mən Əkbər Novruzlu. Təxəllüsüm Epidir. 1999-cu ildə dünyaya zühur eləmişəm, 50 yaşlarında ölməyi planlaşdırıram. Başqa, "Leon" filmindəki Matildanı hələ də sevirəm. Bir də ki, 15-16-17 yaşımda, yəni kiçik yaşımda şans üzümə güldü, prosto dişləri tökülmüşdü (gülür). 

- İndi neçə yaşın var?
- İndi 17.

- Hə, uşaq vaxtıydı... İndi məktəbdə oxuyursan?
- Hal-hazırda hə. 45 nömrəli məktəbdə oxuyuram, 11-ci sinifəm.

- Bitirdikdən sonra təhsili davam etmək istəyirsən, yoxsa yenə 1 il 6 ay o formanı geyinmək istəyirsən? Həmişə geyindiyin əsgər formasını...
- 1 il 6 ay formanı geyinmək məcburiyyətindəyəm. Çünki 7-ci sinifdən oxumuram. Axırıncı dəfə özümü "Araz"da deyəsən yoxladım, 36 bal yığdım. Bir də, riyaziyyat vərəqlərinin arasında "x, y" hərflərini gördüm, çıxandan sonra başa düşdüm ki, "x, y" imiş və onlar sıfır imiş. Bilmirdim yəni. Ciddən heç oxumuram. Amma arzum həmişə olub ki, aktyor olum. İncəsənətə girmək fikrim var, 5-ci qrup deyə bir tema çıxıb, görək bəlkə alındı. Alınmasa da hərbi formanı geyinib əsgərliyə gedirəm...

- İlk dəfə nə vaxt yazmağa başlamısan? Bu istək necə yarandı?
- İlk dəfə 2010-2011 arası sinif yoldaşlarımın adlarıyla bağlı dördlüklər yazırdım. Bir də, türk şeir kitabları varıydı, bilmirəm kimin idi, yadımda deyil. Oxuyurdum, eləsi varıydı xoşuma gəlirdi, eləsi yox. Bir müddət sonra gördüm ki, yazmağı bacarıram, əlim var. İlk səsyazmama 2012-də girmişəm, indiyə kimi də işin içindəyəm.

Ardı videoda...
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti