Tural İsmayılov: "Özümüzü tənqid eləyə bilmiriksə..." (Video/müsahibə)

3-02-2016, 10:52
Oxunub: 1949
"Çox kitab oxumaq insana çıxış yolu göstərə bilir"


Facebook sosial şəbəkəsindəki "Kitabıstan" səhifəsi gənclərin kitaba olan marağının artırılması və kitabların təbliğatı ilə məşğuldur.

Etatist.com Kitabıstan səhifəsi ilə birgə hazırladığı layihə ilə yazarlar, ictimai fəallardan müsahibə alaraq səhifədə yayımlayır, gəncləri yazarların kitablar haqqındakı fikirləri ilə tanış edir. Burdakı digər məqsəd isə yazarları və ictimai fəalları kitab təbliğatına cəlb etmək və gəncləri onlarla tanış etməkdir.

Bu dəfəki müsahibimiz yazıçı, jurnalist, ATV telekanalının əməkdaşı Tural İsmayılovdur 

Etatist.com Tural İsmayılovun müsahibəsini təqdim edir:

- Layihəmiz haqqında nə düşünürsünüz?
- Sevinirəm ki, Azərbaycanda kitabın təbliğatını Kitabıstan adı ilə birləşdirirsiniz. Mən də bütün kitabsevərlər adından təşəkkür edirəm.

- Tural bəy, siz uzun müddətdir Azərbaycan mətbuatındasınız. Bu yol nədən başladı?
- 17 yaşım var idi və mən texniki fənnləri çox sevirdim. Ədəbiyyatla heç aram yox idi. 18 yaşıma yeni qədəm qoyanda nədənsə qərar verdim ki, mən jurnalist olmaq istəyirəm. 3-4 ixtisasa fokuslandım: Tarix, fəlsəfə, jurnalistika. Birinci fəlsəfə ixtisasını yazdığıma görə BDU-nin fəlsəfə ixtisasına qəbul oldum. Mətbuata gəlişim, ilk yazmağım “Türküstan” qəzetinin sayəsində oldu.

- Ədəbiyyat, yoxsa fəlsəfə?
- Bu sualın konkret bir cavabı yoxdur. Ədəbiyyat və fəlsəfə hər ikisi eynidir.

- Jurnalistikaya gəlməyinizdə hansı rol oynadı?

Ardı videoda...
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti