Rövşən Nəcəfov: "Biz başqalarının taleyini yaşayırıq" (Video/müsahibə)

1-02-2016, 12:05
Oxunub: 3408
"Bizim cəmiyyətin Kitabıstana ehtiyacı var"


Facebook sosial şəbəkəsindəki "Kitabıstan" səhifəsi gənclərin kitaba olan marağının artırılması və kitabların təbliğatı ilə məşğuldur.

Etatist.com Kitabıstan səhifəsi ilə birgə hazırladığı layihə ilə yazarlar, ictimai fəallardan müsahibə alaraq səhifədə yayımlayır, gəncləri yazarların kitablar haqqındakı fikirləri ilə tanış edir. Burdakı digər məqsəd isə yazarları və ictimai fəalları kitab təbliğatına cəlb etmək və gəncləri onlarla tanış etməkdir.

Bu dəfəki müsahibimiz "Mənim təhsilim mənim gələcəyim" kampaniyasının yaradıcısı və rəhbəri, Məhəmməd Əmin Rəsulzadə haqqındakı "Dönməzlik" kitabının naşiri (Azad Bənnası) Rövşən Nəcəfovdur. 

Etatist.com Rövşən Nəcəfovun müsahibəsini təqdim edir:

- Ola bilsin ki, insanlar bunu müsbət qarşılamasın. Çünki insanların kitaba münasibəti heç vaxt birmənalı olmayıb. Amma mənə görə, doğurdan da bizim cəmiyyətin Kitabıstana ehtiyacı var.

- İlk oxuduğun kitab yadındadır?
- Düşünərək ilk oxuduğum kitab Turgenevin "Atalar və oğullar" romanıdır.

- Nə tapdın?
- Həm özümü tapdım, həm də özümü axtardım. Baxışlar iki cür olur. Turgenev əslində fərqli fikri qalib çıxarmaq istəyir, nəticədə məğlub edir. O bilir ki, bəzən elə fərqliliklər var ki, onlar cəmiyyətə yararlı olmaya da bilər.

- Özünü tapmaq çətin idi, yoxsa axtarmaq?

Ardı videoda...
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti