Məhərrəm Əliyevin qohumu məhkəmə qarşısında: "İçkiliydim" - Yenilənib

28-01-2016, 15:19
Oxunub: 1648
İsa Əzizov və daha üç nəfər (ikisi qız olmaqla) əvvəlcə məntəqənin operatorunu, sonra isə mühafizəçi Sadiq Bağırorovu döyərək ona ağır bədən xəsarətləri yetirib


Bakı Apellyasiya Məhkəməsində general Məhərrəm Əliyevin qohumu İsa Əzizovla bağlı məhkəmə prosesinin təfərrüatları məlum olub. Etatist.com virtualaz.org-a istinadən xəbər verir ki, İsa Əzizovun Bakıda olduğu təsdiqlənib və o məhkəmə qarşısına çıxarılıb.

Hakimin “törətdiyin əmələ görə özünüzü təqsirli bilirsinizmi?” sualına İsa Əzizov “bəli” cavab verib. Prosesi izləyən əməkdaşımız xəbər verir ki, İsa Əzizov yanacaqdoldurma məntəqəsinin işçisini döyərkən içkili olduğunu deyib və bildirib: “Gərək o da məni başa düşəydi”.

İ.Əzizov deyib ki, İqtisad Universitetində oxuduğu üçün barəsində çıxarılan 30 sutkalıq inzibati həbs qərarının dəyişdirilməsini xahiş edir.

Hakim İ.Əzizovun barəsində anket məlumatlarını dəqiqləşdirərkən məlum olub ki, o, 1992-ci ildə Şərur rayonunda anadan olub. Bakıxanov qəsəbəsində yaşayır. Quldurluq cinayəti törətdiyi üçün həbs olunub. Barəsində 3 il 6 ay həbs cəzası çıxarılıb. Lakin cəmi 3 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.

Hakim İ.Əzizovun apelyasiya şikayəti ilə bağlı qərar çıxarmaq üçün müşavirəyə yollananda əməkdaşımız fürsətdən istifadə edərək generalın qalmaqallı qohumu ilə ünsiyyət qura bilib. İsa Əzizovdan az əvvəl onun Meksikada olduğunu göstərən foto haqda soruşub. İ.Əzizov isə cavabında deyib ki, ömründə heç vaxt Meksikada olmayıb.

Hakim müşavirədən sonra qərarı elan edib və İ.Əzizovun barəsində çıxarılmış inzibati həbs qərarını qüvvədə saxlayıb.

***

Bakının Tiflis prospektində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin işçilərini döyən və onlara silah çəkən idmançı İsa Əzizov ötən gecə Meksikaya qaçıb.

Etatist.com
musavat.com-a istinadən xəbər verir ki, bu fakt  polisin azadlığa buraxdığı İsa Əzizovun yaxın qohumu Orxan Əzizovun Facebook sosial şəbəkəsində paylaşdığı fotodan məlum olur. 

Fotodan  görünür ki, İsa Əzizov təxminən 10 saat öncə Mexikonun beynəlxalq aeroportunda təyyarədən enib, onu O.Əzizov qarşılayıb və onlar birlikdə Venustiano Karranza şəhərinə gediblər.  Şəkildə sükan arxasında oturan şəxsin İsa Əzizov olmasına şübhə yoxdur. Fotonun çəkildikdən dərhal sonra, elə aeroportdaca sosial şəbəkəyə yükləndiyi anlaşılır.

Bundan əvvəl APA iddia etmişdi ki, Nəsimi rayon məhkəməsi İsa Əzizovun və onunla birlikdə saxlanılan Mahir İsgəndərovun barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarıb. Təqsirləndirilənlər isə apelyasiya şikayəti verib. Lakin virtualaz.org hüquq-mühafizə orqanlarından dəqiqləşdirib ki, İsa Əzizov saxlanılandan cəmi bir neçə saat sonra polisdən buraxılıb və onun ötən gecə Bakını tərk etməsi təşkil olunub. Belə görünür ki, İsa Əzizovun növbəti bespredeli ətrafında yaranan böyük ictimai rezonansla bağlı olun bir müddət ölkədən kənarda olması məsləhət bilinib.

***

Yanvarın 26-da gecə Bakının Tiflis prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən idmançılar azad edilib.


Etatist.com xəbər verir ki, bu barədə virtualaz.org saytına Nəsimi rayon polis idarəsindəki mənbələrdən bildirblər.

Mənbə deyib ki, yanacaqdoldurma məntəqəsində törədilən xuliqanlığa görə saxlanılmış İsa Əzizov və Mahir İsgəndərov iki sutka saxlanıldıqdan sonra onların barəsində cinayət işi qaldırılmadığından azadlığa buraxılıblar. Polisin səlahiyyətinə görə saxlanılan şəxs barəsində cinayət işi qaldırılmasa ən çoxu iki sutka saxlanıla bilər.

Məhərrəm Əliyevin qohumu məhkəmə qarşısında: "İçkiliydim" - Yenilənib

Xatırladaq ki, “Bentley” avtomobilində yanacaqdoldurma məntəqəsinə daxil olan İsa Əzizov və daha üç nəfər (ikisi qız olmaqla) əvvəlcə məntəqənin operatorunu döyüb. Daha sonra mühafizəçi Sadiq Bağırorovu döyərək ona ağır bədən xəsarətləri yetirib. Ardınca onların daha bir neçə dostu “Prado” markalı avtomobillə YDM-ə gələrək işçiləri döyüb təhqir ediblər. İsa Əzizov habelə maşından silah çəkərək YDM-in işçilərini hədələyib, “hamınızı güllələyib pulda basdıraram” deyib.

Məhərrəm Əliyevin qohumu məhkəmə qarşısında: "İçkiliydim" - Yenilənib

Xəbər verildiyi kimi İsa Əzizov prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin rəhbəri, Bakı polisinin keçmiş rəisi general Məhərrəm Əliyevin qohumudur. Ötən ilin mayında Bakıda “Famous” karake-barında iki qızı da döyən İsa Əzizovla qohumluq əlaqələrinin olduğunu generalın qardaşı, deputat Adil Əliyev də təsdiq edib. Lakin o, İsa Əzizovla “uzaq qohum olduqlarını” bildirmişdi.

Lakin virtualaz.org dəqiqləşdirib ki, İsa Əzizov Məhərrəm Əliyevlə heç də uzaq qohum deyil. Onun atası Nadir Əzizov Bakının “8-ci kilometr” massivindəki “Ramal” ticarət mərkəzinin sahibidir, Məhərrəm Əliyevin doğma bacısı oğludur və keçmiş sahə müvəkkilidir. Başqa sözlə, Bakıda qoçuluq edən və “hamını güllələyib pulda basdıracağı” ilə hədələyən qoçu generalın doğmaca bacısı nəvəsidir.

Mənbələr bildirir ki, Nadir Əzizov bir müddət dayısının Pirşağıdakı malikanəsini alıb və oğlu orada nadir quşlar saxlayır.

Göründüyü kimi generalın yaxın qohumu növbəti dəfə Bakıda cinayət məcəlləsinin bir neçə maddəsi ilə tövsif edilən əməl törətsə də bu dəfə də onun barəsində cinayət işi qaldırılmayıb və azadlığa buraxılıb. Generalın ərköyün qohumunun bu əməli prezident İlham Əliyevin özbaşınalıq edən məmurlara və yaxınlarına növbəti sərt xəbərdarlığı ilə eyni vaxtda baş vermişdi.

Məhərrəm Əliyevin qohumu məhkəmə qarşısında: "İçkiliydim" - Yenilənib

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti