​Hələb şəhərində partlayış: 23 ölü

26-01-2016, 01:16
Oxunub: 959
Partlayış Sukari rayonunda yerləşən nəzarət buraxılış məntəqəsində baş verib


Suriyanın Hələb şəhərində törədilən partlayış nəticəsində ən azı 23 nəfər ölüb, onlarla insan yaralanıb.

Bu barədə "Syrian Observatory for Human Rights" təşkilatına istinadən "Reuters" məlumat yayıb.

Ölənlərin əksəriyyəti prezident Bəşər Əsədə müxalif olan "Əhrar əş-Şam" terror qruplaşmasının üzvləri olub. Hüquq müdafiəçilərinin sözlərinə görə, partlayış Sukari rayonunda yerləşən nəzarət buraxılış məntəqəsində baş verib. Kamikadze yük maşını ilə posta hücum edib.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti