"Təmas xəttindəki gərginlik bizi narahat edir"

25-01-2016, 14:37
Oxunub: 521
Bu sözləri Bakıda səfərdə olan ATƏT PA-nın vitse prezidenti Georgi Tsereteli deyib


"ATƏT-in Parlament Assambleyasının prezidenti İllka Kanervanın sağlamlığında son anda problem yarandığından o, Azərbaycana gələ bilməyib".

Bu sözləri Bakıda səfərdə olan ATƏT PA-nın vitse prezidenti Georgi Tsereteli deyib.

"Amma Azərbaycana tərkibinə iki vitse-prezident və strukturunun digər üzvləri daxil olan ATƏT PA-nın nümayəndə heyəti gəlib", - deyə o bildirib.

Onun sözlərinə görə, səfər zamanı ölkənin və regionun ən mühüm məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq: "Təmas xəttindəki gərginlik bizi narahat edir. Hesab edirik ki, problemin həlli ATƏT-in Minsk qrupudur və onların səylərini dəstəkləyirik".

G.Tsereteli qeyd edib ki, münaqişənin müzakirəsi ilə yanaşı, Azərbaycanın demokratik inkişafı məsələsi də müzakirə olunacaq: "Bildiyiniz kimi, ATƏT ölkədə keçirilən seçkiləri monitorinq edən ən mühüm orqandır. Biz gələcək əməkdaşlığa ümid edirik".

O, bildirib ki, nümayəndə heyəti artıq səhər Prezident İlham Əliyevlə görüşüb və yuxarıda sadalanan məsələləri müzakirə edib.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti