ATƏT PA-nın nümayəndə heyəti İlham Əliyevin qəbulunda

25-01-2016, 13:52
Oxunub: 708
Georgi Tseretelinin Azərbaycana səfərinin məhsuldar və səmərəli olacağına ümid etdiyini bildirib


Azərbaycan Prezidenti İlham Əliyevyanvarın 25-də ATƏT Parlament Assambleyası sədrinin müavinləri Georgi Tseretelinin və Kent Harstedtin başçılıq etdiyi, ATƏT PA-nın baş katibi Roberto Montellanın daxil olduğu nümayəndə heyətini qəbul edib.

Etatist.com xəbər verir ki, Georgi Tsereteli ATƏT Parlament Assambleyasının sədri İlkka Kanervanın xəstəliyi ilə bağlı Azərbaycana səfər edə bilməməsini təəssüflə qeyd edib. O, Azərbaycanın təmsil etdiyi qurum üçün prioritet olduğunu və rəsmi Bakı ilə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını deyib. Georgi Tsereteli ATƏT-in həyata keçirdiyi layihələrdə Azərbaycanın iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O, ATƏT Parlament Assambleyasının 2014-cü ildə Bakıda illik sessiyasının yüksək səviyyədə keçirildiyini məmnunluqla xatırlayıb. Azərbaycan ilə bu günə qədər əməkdaşlığın uğurla həyata keçirildiyini bildirən qonaq bu əməkdaşlığı konstruktiv və anlaşma ruhunda yeni mərhələdə davam etdirmək niyyətində olduqlarını deyib.

Dövlət başçısı ATƏT Parlament Assambleyası sədrinin müavini Georgi Tseretelinin Azərbaycana səfərinin məhsuldar və səmərəli olacağına ümid etdiyini bildirib.

Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti