Azərbaycanlı girovların iş ilə bağlı Putinə müraciət ediləcək

22-01-2016, 17:31
Oxunub: 506


“Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) 2014-cü ilin iyul ayında Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən girov götürülən Rusiya vətəndaşı olan soydaşımız Dilqəm Əsgərov və onun həmyerlisi Şahbaz Quliyevlə bağlı yanvarın 25 və ya 26-da Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayacaq”.

Bu barədə modern.az-a açıqlamasında ÜAK-ın icraçı direktoru İlqar Hacıyev deyib. O qeyd edib ki, bununla bağlı qurumun daxili toplantısında qərar verilib.

“Konqresin daxili görüşü keçirildi və qərara gəlindi ki, girovların azadlığa buraxılması üçün müraciətimizi yeniləyək. Gələn həftənin 1 və ya 2-ci gününə qədər gözləyəcəyik. Bizim əvvəlki müraciətimizə o vaxta qədər cavab verilməsə, biz yenidən Rusiyada yaşayan azərbaycanlıların adından dövlət başçısına müraciət ünvanlayacayıq”.

Qeyd edək ki, girovların azad edilməsi üçün indiyədək bir neçə dəfə Azərbaycandan Rusiya tərəfinə müraciət ünvanlanıb.

Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş bölgəsinə - öz doğma torpaqlarına səfər edərkən Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Onlarla birgə getmiş digər azərbaycanlı Həsən Həsənov isə qətlə yetirildikdən sonra meyiti Azərbaycana qaytarılıb.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti