Alimlər Günəş sistemində daha bir planet aşkarlayıb

21-01-2016, 12:58
Oxunub: 774
Bu planetin kütləsi Yerinkindən 10 dəfə çoxdur


Kaliforniya Texnologiya İnstitutunun alimləri Maykl Braun və Konstantin Batıgin Günəş sistemində daha bir, doqquzuncu planetin olması qənaətinə gəlib.

Bu planetin kütləsi Yerinkindən 10 dəfə çoxdur. Tədqiqatçıların fikrincə, planet Yerdən Neptunun orbiti ilə müqayisədə təxminən 20 dəfə uzaq məsafədə yerləşir.

Alimlər planeti günəş sisteminin periferiyasında olan "uzaq kosmos"a atılan nəhəng qaz toplusu hesab edir. Onun "uzaqda" qalmasının səbəbi kimi isə Yupiter və Saturn planetlərinin cazibə qüvvələrini göstəriblər.

Tədqiqatın müəllifləri hesab edir ki, müasir optik texnika buna imkan verməsə də, növbəti beş ildə astronomlar teleskop vasitəsilə "yeni" planeti görə biləcək.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti