İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

20-01-2016, 11:28
Oxunub: 758


Bu gün Azərbaycan prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edib.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Azərbaycanın dövlət və hökumət üzvləri, deputatlar, diplomatik korpusun nümayəndələri də Şəhidlər xiyabanını ziyarət ediblər.

1990-cı il yanvarın 20-də baş verən hadisələrin 26-cı ildönümü ilə əlaqədar səhər saatlarından 20 yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.

Axşam saatlarına kimi davam edəcək ziyarətlə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Saat 12.00 radələrində isə Bakı şəhərində şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti