Müharibə əlillərinin təqaüdləri artırıldı - Fərman

19-01-2016, 18:01
Oxunub: 688


Azərbaycan Prezidenti İlham Əliyev “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, müharibə əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.

“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanının 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada verilir:

“1.1. I qrup əlillərə – 165 manat 1.2. II qrup əlillərə – 143 manat 1.3. III qrup əlillərə – 110 manat”.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti