İlham Əliyevlə Lukaşenko birgə bəyannamə imzaladı - Foto

28-11-2015, 18:00
Oxunub: 795
Birgə Bəyannaməni İlham Əliyev və Aleksandr Lukaşenko imzaladılar


Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Prezidenti ilə Belarus Prezidentinin Birgə Bəyannaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko imzaladılar.

“Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq” haqqında müqaviləni Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşko imzaladılar.

“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq” haqqında Protokolu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Belarus Respublikasının əmək və sosial müdafiə naziri Mariyanna Şotkina imzaladılar.

“Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” Sazişi Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və Belarus Respublikasının Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri Vladimir Qusakov imzaladılar.

Sənədlərin imzalanmasından sonra Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Fərmanı ilə Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev Azərbaycan ilə Belarus arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və inkişafına verdikləri töhfəyə görə Belarus Respublikasının “Şərəf” ordeni ilə təltif edildilər.

İlham Əliyevlə Lukaşenko birgə bəyannamə imzaladı - Foto

İlham Əliyevlə Lukaşenko birgə bəyannamə imzaladı - Foto

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti