Elmira Süleymanova vitse-prezident seçildi

27-11-2015, 16:29
Oxunub: 1155
Elmira Süleymanova Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Pakistanın İslamabad şəhərində AsiyaOmbudsmanlar Assosiasiyasının "Ombudsman fəaliyyətinin problemləri" mövzusunda 14-cü konfransında və Direktorlar Şurasının iclasında iştirak edib.

Bu barədə Report-a Ombudsman Aparatından məlumat verilib. 

Beynəlxalq tədbirin plenar iclaslarında "Layiqli idarəetmə standartlarının inkişafında Ombudsmanın rolu", "Məxfilik şəffaflığa qarşı", "Ombudsmanın effektiv və professional fəaliyyəti" və digər mövzularda məruzələr dinlənilib.

Konfransda Azərbaycan Ombudsmanı E.Süleymanova "İnsan hüquqlarının təşviqi və müdafiəsinə dair strateji yanaşma" mövzusunda çıxış edib. O, ölkədə gedən inkişaf proseslərini diqqətə çatdırıb, habelə Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini, insan hüquqları kütləvi surətdə kobudcasına pozulmuş bir milyon azərbaycanlının öz yurdunda qaçqına və məcburi köçkünə çevrildiyini, minlərlə yaşayış məntəqəsinin, təhsil, səhiyyə və digər ictimai obyektlərin, habelə İslam mədəni irsi, tarixi və dini abidələrinin məhv edildiyini söyləyib.

Növbəti iki il üçün Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının seçkisi keçirilib, Pakistanın Federal Ombudsmanı Salman Faruki Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova isə Assosiasiyanın vitse-prezidenti seçiliblər. Eyni zamanda, üzv dövlətləri təmsil edən beş Ombudsman Direktorlar Şurasının üzvü seçilib.
Şərhlər : 1 Şərh yaz
Qiyas 28 noyabr 2015 13:53  

Salam mən Hacıyev Qiyas Cavanşir oğlu Xaçmaz rayonu Xudat şəhərində yaşayıram 32 yaşım var gənc ailə başcısıyam adımda heç bir yerdə torpaq sahəsi yoxdur sizdən xahiş edirəm xudat xaçmaz ərazisindən mənə yaşayış mənzili tikmək üçün torpaq sahəsinin verilməsi üçün köməklik edəsiniz. Sizdən cavab gözləyirəm. Əlaqə nömrəm 050 355 44 38

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti