İraqda 300 iranlı saxlanılıb

27-11-2015, 16:18
Oxunub: 310
İndiyədək Ərbəin münasibətilə İrandan İraqa 1 milyon 200 min nəfər səfər edib


Son iki həftə ərzində İraqda Ərbəin münasibətilə sərhədi qanunsuz keçən 300 iranlı saxlanılıb.

Trend-in "Tasnimnews" saytına istinadən verdiyi məlumata görə, bunu İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Övhədi deyib.

S.Övhədi bildirib ki, saxlanılan iranlılar viza almadan İraq ərazisinə keçdiyi üçün bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb: “Saxlanılan iranlıların hamısı İran təhlükəsizlik qüvvələrinə təhvil verilib”.

İndiyədək Ərbəin münasibətilə İrandan İraqa 1 milyon 200 min nəfər səfər edib.

Qeyd edək ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. İrandan İraqa 2 milyon zəvvarın gedəcəyi proqnozlaşdırılır. Bu il Ərbəin miladi təqvimlə 2 dekabr tarixinə təsadüf edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti