Orta məktəbdə silah-sursat aşkarlandı

4-12-2012, 18:05
Oxunub: 2042


 

Etatist.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə Xətai rayonu 59 saylı orta məktəbin binasının zirzəmisində döyüş sursatı aşkarlanmışdır. 

Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişlər. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, bunlar, istifadəyə yararsız olan (təlim ücün istifadə edilən) 4 ədəd 100 mm-lik top mərmisi (2 ədəd gilizli, 2 ədəd gilizsiz), 2 ədəd tank əleyhinə TM-62 markalı mina və 2 ədəd MVC-62 markalı mina partladıcısıdır. Aşkar edilmiş hərbi sursatlar aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş, digər növ şübhəli əşya aşkar etməmişlər. Əməliyyat saat 15:30-da başa çatmışdır;

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti