Şeyx: “Azərbaycanda dini münaqişə yoxdur”

26-11-2015, 16:55
Oxunub: 797
Azərbaycan müstəqillik əldə etdiyi zaman ölkədə 17 məscid olub


“Azərbaycanda dinlər və təriqətlərarası münasibətlərin normaldır”.

APA-nın məlumatına görə, bunu bu gün İran təhsil naziri Əliəsgər Faninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

A. Paşazadə deyib ki, Azərbaycan müstəqillik əldə etdiyi zaman ölkədə 17 məscid olub, müstəqillikdən sonra məscidlərin sayı sürətlə artıb. QMİ sədri ölkəmizdə şiə və sünnilərin faiz nisbətinin də dəqiq məlum olmadığını bildirib: “Biz təriqətlərarası münasibətləri Azərbaycanda uğurla həll etmişik. Azərbaycanda dini münaqişə yoxdur”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti