"Azərbaycan və Latviya arasında yaxşı münasibətlər var"

25-11-2015, 18:38
Oxunub: 378
O, Latviyadan olan geniş biznes nümayəndələrinin də qatıldığı "Latviyanı duyun" tədbirinin uğurlu başlamasını xüsusi qeyd edib


"Azərbaycan və Latviya arasında ən yüksək səviyyədə yaxşı münasibətlər var".

Bunu Latviyanın Azərbaycandakı səfiri keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, belə əlaqələrin mövcudluğu iki ölkə arasında digər sahələrdə də əlaqələri inkişaf etdirməyə kömək edir.

O, həmçinin yaxınlarda Latviyada bu ölkənin səfirlərinin görüşünün keçirildiyini və bu görüşdə səfirlərin həm də iqtisadi sahədə səylə çalışmalı olduğunun vurğulanmasını qeyd edib. Bu baxımdan o, Latviyadan olan geniş biznes nümayəndələrinin də qatıldığı "Latviyanı duyun" tədbirinin uğurlu başlamasını xüsusi qeyd edib.

Qeyd edək ki, hazırda Bakıda Latviyada istehsal olunan məhsulların nümayiş etdirildiyi "Latviyanı duyun" tədbiri keçirilir. Tədbir çərçivəsində Latviya və Azərbaycanın iş adamları bir-birilə əlaqələr qurmaq imkanına malik olacaq, "dəyirmi masa" təşkil olunacaq.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti