İnflyasiya fevralda 0,5%-ə enib

5-03-2013, 11:42
Oxunub: 955


Bu ilin fevral ayında Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin 1% artması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin əvvəlki ayla eyni səviyyədə (müvafiq olaraq 0,1% və 3%) qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,5% artmasına səbəb olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində un, qarabaşaq yarması, makaron, mal və qoyun əti, təzə balıq, pasterizə olunmamış üzlü süd, qatıq, yumurta, kərə yağı, şəkər və şəkər tozu, limon, portağal, göyərti, çuğundur, kök, kartofun qiymətlərində ucuzlaşma, düyü, manna yarması, çörək, vermişel və spagetti, toyuq əti, kolbasa məmulatları, pasterizə olunmuş üzlü süd, xama, pendir, bitki yağlar, naringi, banan, alma, armud, heyva, nar, şabalıd, kələm, xiyar və pomidor, bibər, sarımsağın qiymətlərində artım müşahidə olunub.

Qeyd edək ki, cari ilin yanvar ayında ölkədə inflyasiyanın səviyyəsi 1,2% təşkil edib. Bu il üçün ölkədə inflyasiyanın 5,7% olacağı proqnozlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti