Nazirin Şəki-Zaqatala bölgəsindəki sakinlərlə görüşü təxirə salındı

25-11-2015, 12:09
Oxunub: 323


Kənd təsərrüfatı naziri Heydər Əsədovun noyabrın 27-də Zaqatala rayonunda Şəki, Zaqatala, Oğuz, Balakən və Qax rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşü dekabr ayının 4-nə keçirilib.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsinə (055-781-55-88) və Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçt (web@agro.gov.az) vasitəsi ilə qeydiyyatdan keçə bilərlər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti