Türkmənistanda türkdilli ölkələrin festivalı keçirilir
24-11-2015, 10:48
Oxunub: 660
Festival noyabrın 30-dək davam edəcək
Türkmənistanın Mari şəhərində türkdilli ölkələrin festivalı başlayıb.Bu barədə Report-a tanınmış kamança ifaçısı Munis Şərifov məlumat verib.
Onun sözlərinə görə, festivalda türkdilli respublikalardan gəlmiş mədəniyyət və incəsənət xadimləri iştirak edirlər: "Mari şəhərinə muğam üçlüyü ilə gedirik. Tar ifaçısı Davud Abdullayev, xanəndə Nuriyyə Hüseynova və mən. Türkdilli ölkələrin festivalında Azərbaycanı layiqincə təmsil edəcəyik".
Festival noyabrın 30-dək davam edəcək.
Xatırladaq ki, TÜRKSOY Türkmənistanın Mari şəhərini 2015-ci ildə “Türk dünyasının mədəni paytaxtları” elan edib. Bu münasibətlə il ərzində Mari şəhərində müxtəlif mədəni-kütləvi tədbirlər keçirilib.