Müsabiqədə qalib gələn startap 10 min manat alacaq

24-11-2015, 10:41
Oxunub: 828
-Sonda layihə komandasına 10 min AZN qrant;


Məlumat veridiyimiz kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, NEXT STEP İnnovasiya Mərkəzinin elan etdiyi 2-ci “Öz İdeyanı Gerçəkləşdir!” Layihə Müsabiqəsinə müraciət davam edir.

İnnovasiya Mərkəzindən Xeberler.az-a verilən məlumata görə, müsabiqə qalibləri üçün aşağdakı imkanlar müəyyənləşdirilib:

-Layihə komandası üçün aylıq 2000 AZN təqaüd;
-Layihə komandası üçün aylıq 250 AZN təchizat xərcləri;
-Layihə komandasının 4 aylıq proqram ərzində çalışa biləcəkləri tam təchizatlı ofis;
-Layihənin icra müddəti ərzində mütəxəssis dəstəyi;
-Hər şənbə günü ABŞ Silikon Vadisindən ekspertlərin onlayn olaraq təlim keçməsi;
-4 aylıq proqramı uğurla başa vurduqdan sonra ABŞ Silikon Vadisində layihə üzrə görüşlər keçirmək;
-Şirkətləşmə;
-Sonda layihə komandasına 10 min AZN qrant;

Qeyd edək ki, 2-ci “Öz İdeyanı Gerçəkləşdir!” Layihə Müsabiqəsində iştirak etmək üçün mərkəzin saytına (www.icnextstep.com) daxil olaraq öz layihənizi yükləyə bilərsiniz.

Əlavə məlumat  üçün Mərkəzin elektron poçtu  və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xatırladaq ki, müsabiqəyə layihə qəbulunun son müraciət tarixi dekabrın 1-də bitir. Layihələrin dinlənilib, dəyərləndirilmə prosesi isə dekabrın 15-də olacaq. 

Onu da qeyd edək ki, müsabiqədə qalib komanda say limiti yoxdur. Ekspertlərin rəy verəcəyi hər bir layihə proqramda iştirak edəcək.(xeberler.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti