Tehranda Putin-Ruhani danışıqları

23-11-2015, 15:04
Oxunub: 619
Putin səfər zamanı İranın ali dini lideri Əli Xameneyi və İran prezidenti Həsən Ruhani ilə danışıqlar aparacaq


Rusiya prezidenti Vladimir Putin Qaz İxrac Edən Ölkələrin Forumunda iştirak etmək üçün bu gün Tehrana gəlib.

Gözlənildiyi kimi, Putin səfər zamanı İranın ali dini lideri Əli Xameneyi və İran prezidenti Həsən Ruhani ilə danışıqlar aparacaq.

Putinin Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov və bu gün doğum gününü qeyd edən Venesuela prezidenti Nikolas Maduro ilə danışıqlar aparması da planlaşdırılıb.

Forumda Boliviya, Venesuela, İran, Nigeriya, Ekvatorial Qvineya prezidentləri, habelə Əlcəzairin baş naziri iştirak edəcəklər.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putinlə Ruhani arasındakı danışıqlar zamanı ikitərəfli münasibətlər məsələləri də müzakirə olunacaq. Prezidentlər həmçinin atom enerjisi, Suriya böhranı, neft-qaz, terrorla mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparacaq. Rusiya-İran danışıqlarının nəticəsi olaraq bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.(virtualaz.org)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti