​Türkmənistan prezidenti İranda səfərdədir

23-11-2015, 11:57
Oxunub: 521
Səfərdə məqsəd Təbii Qaz İxrac edən Ölkələrin Forumunda iştirak etməkdir


Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Tehranda səfərdədir. 

Səfərdə məqsəd Təbii Qaz İxrac edən Ölkələrin Forumunda iştirak etməkdir. 

Məlumata görə, Türkmənistanın dövlət başçısı İranın ali rəhbəri ayətullah Seyid ƏIi Xaməneyi və ölkə prezidenti Həsən Ruhani ilə görüşüb.

Xəbərdə bildirilib ki, Türkmənistan prezidentinin Tehrana səfəri zamanı iki ölkə arasında dəniz nəqliyyatı, dəmiryol inşası, səhiyyə, rabitə, Mərv-Sərəxs elektrik enerjisi nəqli xətti, idman, Aşqabad-Türkmənabad avtomobil yolunun tikintisi, tele-radio sahəsində əməkdaşlığa dair 8 müqavilə imzalanıb.

İran prezidenti türkmənistanlı həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında Xəzərin statusundan, bu su hövzəsində təbii qaz yataqlarının kəşf edilməsi ilə bağlı birgə əməkdaşlıq edəcəklərindən danışıb.

H.Ruhani deyib ki, iki ölkə arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığı qarşıdan gələn 10 ildə 60 milyard dollaradək çatdırmaq niyyətindədirlər.

Qeyd edək ki, Tehranda Təbii Qaz İxrac edən Ölkələrin Forumu keçirilir. Qurumun əsas üzvləri sırasına Boliviya, Venesuela, Birləşmiş Ərəb Əmirliyi, Əlcəzair, Misir, Ekvatorial Qvineya, Liviya, Nigeriya, Trindad və Tobaqo, Qətər, İran və Rusiya daxildir.

Hollandiya, Norveç, İraq, Oman və Peru isə forumun müşahidəçi üzvləridir.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti