Böyük Britaniya 138 qırıcı təyyarə alacaq
22-11-2015, 17:02
Oxunub: 640
Beləliklə Britaniya ABŞ-dan sonra ikinci ən güclü hücum aviasiyasına malik ölkəyə çevriləcək
Böyük Britaniyanın maliyyə naziri Corc Osborn “The Sunday Times”-ya müsahibəsində bildirib ki, ölkənin 12 mlrd avro dəyərində 138 qırıcı təyyarə alacağını bildirib. Beləliklə Britaniya ABŞ-dan sonra ikinci ən güclü hücum aviasiyasına malik ölkəyə çevriləcək.
Məlumata görə, Devid Kemeron Suriya münaqişəsi və ölkənin gələcəyi də daxil olmaqla 7 müddəadan ibarət plan hazırlayır.
Parlamentə artıq yaxın iki həftə ərzində ölkənin Suriyada əməliyyatların aparılmasına dair səsvermə keçiriləcəyi gözlənilir.(APA)