Argentinada prezident seçkilərinin ikinci turu keçirilir

22-11-2015, 16:35
Oxunub: 357
Namizədlərin heç biri bu baryerləri aşa bilmədiyi üçün bu gün Argentinada seçkilərin ikinci turu keçirilir


Argentinada heç bir namizəd kifayət qədər səs toplaya bilmədiyi üçün ölkə prezidenti seçkilərin ikinci turunun nəticələrinə əsasən müəyyən ediləcək.

Oktyabrın sonunda baş tutan ilk turda qalib gəlmək üçün namizədə ya 45 faizdən çox, ya da yaxın izləyicisindən 10 faiz irəlidə olmaqla 40 faiz səs toplamaq lazım idi. Namizədlərin heç biri bu baryerləri aşa bilmədiyi üçün bu gün Argentinada seçkilərin ikinci turu keçirilir.

Argentina seçki palatasının məlumatına əsasən, seçkilərin ilk turunda bülletenlərin 90,6 faizinin hesablanmasından sonra seçicilərin 36,2 faizinin etimadını qazanan Daniel Stsioli ilk yerdə qərarlaşıb. Onun ardınca isə 34,9 faiz səs toplayan müxalifətdə olan mühafizəkar “Respublika təklifi” partiyasının namizədi Maurisio Makri və 21,2 faiz səs toplayan müxalif “Yenilik cəbhəsi” partiyasının namizədi Serxio Mass gəlir.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti