Amerikalılar İlham Əliyevi mükafatlandırdı

20-11-2015, 22:13
Oxunub: 462
Mükafatı dövlət başçısının adından Azərbaycanın maliyyə naziri Samir Şərifov qəbul edib


Amerika-Azərbaycan Ticarət Palatası (AMCHAM) Azərbaycan prezidenti İlham Əliyevi daimi diqqətə və münasibətlərin inkişafına verdiyi töhfəyə görə "Leadership Award" mükafatına layiq görüb.

Trend-in məlumatına görə, mükafatı dövlət başçısının adından Azərbaycanın maliyyə naziri Samir Şərifov qəbul edib.

Mükafat Bakıda AMCHAM-ın 20 illiyinə və ABŞ ticarət missiyasının Azərbaycana səfərinə həsr olunmuş tədbirdə verilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti