Vladimir Putin İrana səfər edəcək

20-11-2015, 17:34
Oxunub: 630
Ayətullah Seyid Əli Xamenei və ölkə prezidenti Həsən Ruhani ilə görüşəcək


Rusiya prezidenti Vladimir Putin İranda keçiriləcək təbii qaz ixrac edən ölkələrin forumunda iştirak etmək üçün Tehrana səfər edəcək.

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində V.Putin İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamenei və ölkə prezidenti Həsən Ruhani ilə görüşəcək.

Qeyd edək ki, forum noyabrın 23-də keçiriləcək.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti