Avro yenidən ucuzlaşmağa başlayıb

20-11-2015, 17:32
Oxunub: 413
Draqi, AMB-nin həyata keçirdiyi tədbirlərin deflyasiya risklərini aradan qaldırdığını bildirib


 Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Mario Dragi bu gün Frankfurtda (Almaniya) keçirilən "Euro Finance Week" adlı konfransda çıxışından sonra dünya bazarında avro əsas valyutalara qarşı ucuzlaşmağa başlayıb. Buna səbəb isə AMB-nin monetar ekspansiyanı davam edə biləcəyinə dair siqnallar olub.

Çıxışında M.Dragi hazırda həyata keçirilən anti-inflyasiya tədbirlərinin yeterli olmayacağı təqdirdə, Avrozonada qısa müddətdə inflyasiyanın hədəflənən səviyyəyə yüksəlməsi üçün istənilən addımın atılacağını bildirib. Qeyd edək ki, Avrozonada inflyasiya oktyabrda aylıq müqayisədə 0,1% artıb.

AMB rəhbəri Avrozonada aktivlərin alınması proqramının müsbət effektinə toxunaraq vahid Avropa iqtisadiyyatının 2014-cü illə müqayisədə daha sürətlə inkişaf etdiyini vurğulayıb. Draqi, AMB-nin həyata keçirdiyi tədbirlərin deflyasiya risklərini aradan qaldırdığını bildirib.

Qeyd edək ki, dekabrın 3-də AMB-nin pul-kredit siyasətini yumşaltması və depozit dərəcələrini aşağı salması gözlənilir.

M.Draginin çıxışından sonra avronun məzənnəsi 0,3% zəifləyərək 1,0725 USD/EUR-dən 1,0690 USD/EUR-ə kimi geriləyib. "Report"un analitik qrupu məzənnənin il sonuna qədər öncə 1,04 USD/EUR, daha sonra isə paritetə qədər azalacağını proqnozlaşdırır.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti