​Aytac Babayevanın qatilinə 20 il həbs cəzası verildi

20-11-2015, 15:27
Oxunub: 514
Məhkəmənin hökmü ilə İ.Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı İ.Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum olunmasını, A.Babayevanın anası isə ona ömürlük həbs cəzası verilməsini istəyib.

Qeyd edək ki, bu ilin aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbinin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti