Ağ Ev İrana “hə” dedi – Neft ucuzlaşacaq

20-11-2015, 13:02
Oxunub: 3483
Bununla yanaşı Obama bu vəziyyətə nəzarət etməyə davam edəcəyini qeyd edib


ABŞ prezidenti Barak Obama iran neftinin və neft məhsullarının idxalına dair qadağanın ləğv edilməsi haqda memorandum imzalayıb.

AzNews.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Ağ Ev rəhbəri bu qərarını dünya bazarındakı vəziyyətin İrandan neft alışını minimuma endirməsi ilə əsaslandırır. Müəyyən ölkələrdə neft hasilatının artması barədə məlumatlar bunu bir daha təsdiq edir.

ABŞ prezidenti bəyan edib ki, İrandan əlavə digər dövlətlərin də neft və neft məhsullarının miqdarının kifayət qədər olması xarici institutlar vasitəsilə İrandan neft alışını azaltmaq üçün imkan verir. “Buna görə də, mənim administrasiyam bundan sonra İran neftinin alışına məhdudiyyət qoyulmasında təkid etmir”, - deyə Obama bildirib.

Bununla yanaşı Obama bu vəziyyətə nəzarət etməyə davam edəcəyini qeyd edib.

Barak Obama tərəfindən imzalanan sənəd ABŞ dövlət katibi Con Kerri, ABŞ maliyyə naziri Ceykob Lyu və energetika naziri Ernest Monisə ünvanlanıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti