Dünyanın ən varlıları kimlərdir? - Siyahı

5-03-2013, 09:34
Oxunub: 8471


ABŞ-ın «Forbes» jurnalı dünyanın ən varlı adamlarının növbəti reytinqini dərc edib.
 
2013-cü ildə dünyanın ən varlı adamı adını yenə də meksikalı telekommunikasiya maqnatı Karlos Slim özündə saxlayır. 73 yaşlı iş adamının var-dövləti 73 milyard dollar təşkil edir. Onun ardınca reytinqdə «Microsoft»un qurucusu Bill Geytsin adı gəlir (67 milyard dollar). Üçüncü yerdə ispaniyalı biznesmen «Inditex» biznes-qrupunun qurucusu və keçmiş prezidenti Amansio Orteqadır (57 milyard). 
 
Jurnalın versiyasına görə, dünya milyarderlərinin ilk yüzlüyündə IT sahəsinin xeyli nümayəndəsi var. Onlarına sırasında «Oracle»ın baş direktoru Larri Ellisonu (5-ci yer, 43 milyard dollar), «Amazon.com» un baş direktoru Ceff Bezos (19-cu yer, 25 milyard 200 milyon), «Google»un qurucuları Larri Peyc (20-ci yer, 23 milyard) və Sergey Brin (21-ci yer, 22 milyard 800 milyon), «Facebook»un banisi Mark Tsukerberq (66-cı yer, 13 milyard 300 milyon) və başqaları var.
 
«Forbes»in reytinqinə daxil olan varlıları ümumi kapitalı 2013-cü ildə 5 trilyon 400 milyard dollar təşkil edib. Keçən il bu rəqəm 4 trilyon 600 milyard dollar idi. Bu il siyahıya 210 nəfər əlavə olunub. İndi siyahıda 1426 nəfər var.
 
Ən çox milyarder ABŞ-dadır – 442 nəfər. İkinci yerdə Asiya (386), üçüncü yerdə isə Avropadır (366 nəfər).
lent.az
Şərhlər : 1 Şərh yaz
aymeddin qasimov 5 iyun 2014 17:28  
kas menimde adim bu varlilarin siyahisinda olardi.
duz deyirsen kas,olardi amma haramla yox halalla.
allah ozlerine qismet etsin insalllah sag elleri bizim basimiza.Mina demisken
isteyirem varli olum pulla dolum cani olum.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti